210
01:30
17 12 2021
Bakıda avtomobil 51 yaşlı qadını vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1970-ci il təvəllüdlü Vəliyeva İradə Rəcəbəli qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona təpə-ənsə və bədənin digər nahiyələrinin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© "Report"