04:33
17 12 2020

Misirdə ağır yol qəzası olub, - 7 ölü, 11 yaralı

"Sohag" da bir avtobusla mikrobusun toqquşması nəticəsində 7 nəfər ölüb və 11 nəfər yaralanıb

Qeyd edilir ki, hadisə ölkənin mərkəzi hissəsində yerləşən "Sohag" əyalətində qeydə alınıb. Əl-Koşex kəndində Kena şəhərindən paytaxt Qahirə istiqamətində hərəkət edən sərnişin avtobusu ilə Mersa-Matrux şəhərindən əl-Balabiş kəndinə gedən mikroavtobus toqquşub. Hadisə nəticəsində azı yeddi nəfər ölüb, daha on bir nəfər xəsarət alıb.

Hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb.

NEWS FEED