138
13:28
16 12 2021
Bakıda psixiatriya xəstəxanasında döyülən PASİYENT ÖLDÜ
Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında döyülən vətəndaş vəfat edib.
Bu barədə vətəndaşın qardaşı məlumat verib.
O bildirib ki, qardaşı ötən gün gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun qardaşı onun xəstəxanada vəhşicəsinə döyülərək koma vəziyyətinə salındığını bildirmişdi.
Səhiyyə Nazirliyindən də bildirilib ki, orada olan xəstələr arasında mübahisə olub. Hadisə də həmin zaman baş verib.
Xəstəxana rəhbərliyi tərəfindən qeydə alınan fakt barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.
© Oxu.Az - İlhamə Əbülfət