02:23
17 09 2021

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb.
Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

© “Report”

NEWS FEED