22:48
18 08 2021

Ağsuda dağlıq ərazidə yanğın söndürüldü

Ağsu rayonu, Hacman kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Yanğın zamanı 4 ha sahədə kol-kos və ağaclar yanıb.
Yanğın FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

© Fövqəladə Hallar Nazirliyi

NEWS FEED