20:00
18 08 2021

Goranboyda sərnişin mikroavtobusu aşdı, ölən və yaralılar var

Goranboy rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə zamanı "Ford" markalı sərnişin mikroavtobusu aşıb. Nəticədə ölən və yaralıların olduğu bildirilir. Xəsarət alan şəxslər Gəncə şəhərində yerləşən xəstəxanalardan gətirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.

© BAKU.WS-in yerli bürosu

NEWS FEED