01:10
15 08 2021

ABŞ-da 6,9 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Alyaska ştatında 6,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidmətindən bildirilib.
Yeraltı təkanların episentri Perryvill yaşayış məntəqəsinin 117 kilometr cənub-şərqində yerləşib. Ocaq 21 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

© “RİA Novosti”

NEWS FEED