04:21
15 08 2021

Altıncı sinif şagirdi SMS-in köməyi ilə ona təcavüz edən qatildən qaçdı

13 yaşlı məktəbli ona təcavüz edən və evində saxlayan 45 yaşlı qatildən SMS-in köməyi ilə xilas olub.
Qorxunc hadisə Rusiyanın İrkutsk vilayətində baş verib.
Qatil Konstantin Mozel əvvəlcə məktəblinin əmisini çəkiclə öldürüb. Onun cəsədini zirzəmidə gizlətdikdən sonra isə qızın 74 yaşlı nənəsini qətlə yetirib. Bundan sonra evə girərək köməksiz vəziyyətdə olan altıncı sinif şagirdini zorlayıb.
Qız bir gün əsirlikdən sonra təcavüzkarın fikrinin yayınmasından istifadə edərək rəfiqəsinə SMS yollaya bilib. O da öz növbəsində ismarıcı anasına, ardınca da polisə göstərib.
Mozel artıq saxlanılıb. O, bundan əvvəl qətl törətdiyi üçün məhkumluq həyatı yaşayıb.
Hazırda qızla psixoloqlar işləyir. Onun anası valideyn hüquqlarından məhrumdur, məktəbli nənəsi tərəfindən böyüdülürdü.

© “Life Shot” “Telegram”

NEWS FEED