23:55
26 04 2021

Bakıda avtomobil iki piyadanı vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Ramana qəsəbəsində 1996-cı il təvəllüdlü Allahverdiyev Elnur Səfər oğlu və 1980-cı il təvəllüdlü Səfərov Samir Mirzə oğlunu avtomobil vurub.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
E.Allahverdiyevə baldırın əziyi, S.Səfərova isə sağ baldırın açıq sınığı diaqnozu qoyulub.

© Report

NEWS FEED