200
03:49
22 04 2021
Hindistanın COVID xəstəxanasında faciə: 24 xəstə boğularaq ölüb
Hindistanın Maharaştra ştatındakı koronavirus hospitalında faciə baş verib.
Oksigen sisternlərindən sızma nətcəsində ağciyərlərin süni havalandırılması cihazlarının işində problemlər yaranıb və palatalara oksigenin verilişi dayandırılıb.
Nəticədə xəstəxanada yatan və sözügedən cihazlara qoşulan 24 COVID xəstəsi boğularaq ölüb.
Hadisə Naşik şəhərindəki Zakir Hüseyn bələdiyyə xəstəxanasında qeydə alınıb.
Qəzadan bir müddət sonra tibb müəssisəsinə oksigenin verilişi bərpa edilib.
Yerli hakimiyət nümayəndələri faciənin səbəblərinin araşdırıldığını bildiriblər.
© NDTV