20:28
25 03 2021

Xaçmazda iki avtomobil toqquşdu: Üç nəfər yaralandı, birinin vəziyyəti ağırdır

Bu gün Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Sabiroba kəndi ərazisindən keçən hissəsində baş verib. 
“VAZ 21099” markalı nəqliyyat vasitəsi ilə “Mitsubishi” markalı avtomobil toqquşub.
Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlar 1987-ci il təvəllüdlü, Xaçmaz şəhər sakini Hacıyev Ruslan Aslan oğlu, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Cəfərova Əfsanə İlkin qızı və 1998-ci il təvəllüdlü Yunusov Elnur Tacəddin oğludur.
 Xəsarət alan şəxslərdən E.Yunusovun vəziyyəti ağırdır. 
Faktla bağlı araşdırmalar davam etdirilir. 

NEWS FEED