23:50
29 01 2021

Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb, xəsarət alanlar var

Rusiyanın Samara əyalətində baş verən yol qəzasında ölənlərin sayı 11 nəfərə çatıb.
Bu barədə regionun qubernatoru Dmitri Azarov bildirib.
"Dəhşətli qəza 11 nəfərin həyatına son qoydu. On nəfər hadisə yerində ölüb, bir nəfər xəstəxanada vəfat etdi", - qubernator özünün instaqramdakı səhifəsində yazıb.
Daha əvvəl bildirilib ki, hadisə zamanı 10 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. Rusiya Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin məlumatına görə, "DAF" markalı yük avtomobili "Chevrolet Niva" markalı minik avtomobili və "Citroen" mikroavtobusu toqquşub.

© RİA Novosti


22:14

Bununla bağlı öncəki xəbər

NEWS FEED