175
18:58
29 01 2021
Gürcüstan hökumətindən bu ölkəyə getmək istəyənlərə TƏLƏB
1 fevraldan etibarən müntəzəm uçuşların bərpasından sonra Gürcüstana gələn sərnişinlər son 72 saat ərzində verilən PCR testinin nəticəsini təqdim etməli olacaqlar.
Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bu gün keçirdiyi brifinqdə deyib.
Bu qayda koronavirus əleyhinə peyvəndləmənin hər iki mərhələsindən keçən insanlara şamil edilmir.
Hal-hazırda Gürcüstana gələn insanların bir neçə gün ərzində ikinci PCR testi etməsinə ehtiyacın olub-olmadığına qərar verilir.
Rəsmi qərar yaxın günlərdə açıqlanacaq.