157
16:50
29 01 2021
Rusiya bir sıra hava limanlarını beynəlxalq uçuşlara açdı
Rusiyada İrkutsk Hava limanı 8 fevraldan beynəlxalq uçuşları bərpa edəcək.
Bu barədə bu gün İrkutsk vilayətinin hökumət saytında məlumat verilib.
Eyni zamanda Həştərxan, Yekaterinburq, Mahaçqala, Mineralnıye Vodı, Nijni Novqorod, Perm və Xabarovsk beynəlxalq hava limanlarından xarici ölkələrə uçuşlar başlayıb.
Rusiya artıq beynəlxalq hava limanlarını bir neçə ölkəyə açıb. Bunlar Misir, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Tanzaniya, Türkiyə, Vyetnam, Hindistan, Finlandiya və Qətərdir. Yunanıstan və Sinqapura isə uçuşlar 8 fevraldan başlayacaq.