166
10:18
27 01 2021
Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır
Ermənistanda Metsamor meyitxanasının yaxınlığında “Spayka” şirkətinə məxsus, park edilmiş mobil soyuducular qalmaqala səbəb olub.
Həmin soyuducularda Qarabağda öldürülən erməni əsgərlərin meyitlərinin olduğu müəyyənləşib.
Metsamor sakinlərinin dediklərinə görə, müharibədə iştirak edən, cəsədləri hələ müəyyənləşdirilməyən hərbi qulluqçuların qalıqları səyyar soyuducularda saxlanılır.
Onların sözlərinə görə, artıq morqda cəsədlərin saxlanılması üçün yer qalmayıb və bu səbəbdən Ermənistan Müdafiə Nazirliyi kömək üçün “Spayka” şirkətinə müraciət edib.
Şirkət özü soyuducuların nazirliyin ehtiyacları üçün təmin edildiyini təsdiqləyib.
© Ordu.az