19:17
24 01 2021

Əfqanıstan Mərkəzi Bankının avtomobili partladılıb, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə minalanmış avtomobil partladılıb.
Məlumata görə, hadisə paytaxtın cənub-şərqindəki Şah Şəhid rayonunda qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.
Qeyd edilir ki, avtomobildəki şəxslər Əfqanıstan Mərkəzi Bankının əməkdaşları olub.
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

© Anadolu

NEWS FEED