Rusiyanın Su 57 təyyarəsi ABŞ-ın F 35 təyyarəsi ilə hava duelinə çıxdı-Hər ikisi 5 ci nəsil təyyarədir
ABŞ-ın "The National Interest" nəşri hava duelində beşinci nəsil Su-57 və F-35 döyüş təyyarələrinin imkanlarını müqayisə edib.
Materialın müəllifi Mark Episkopos bildirib ki, iki döyüş maşınının hipotetik toqquşması raket əleyhinə müdafiə sistemlərinin, qabaqcıl radiolokasiya qurğularının və xeyli sayda dəstək təyyarəsinin geniş tətbiqi şəraitində baş verəcək. Onun sözlərinə görə, iki pilotun iştirakı ilə hava duelinin XXI əsrdə müharibə aparmaq reallıqları ilə az əlaqəsi var.
Episkoposun sözlərinə görə,F-35 pilotu ümumiyyətlə Su 57 ilə ilə döyüşə girməmək üçün əlindən gələni edəcək.Çünki Su57 təyyarələri məhz havada üstünlük əldə etmək üçün təyinatlaşdırılıb.ABŞ təyyarəsi F 35 isə zərbə təyyarəsi kimi hazırlanıb.Yerüstü hədəflərin F 35 qarşısında heç bir şansı yoxdur.
"Ehtimal ki, bu düşünülmüş, hipotetik vəziyyətə düşən F-35 yaxınlaşan Su-57-dən qaçmaq üçün bəzi stels funksiyalarından istifadə edərdi".
Jurnalistin fikrincə, Su-57 və F-35 arasındakı hava döyüşünün başvermə ehtimalı müasir müharibənin reallıqlarına uyğun gəlmir.Belə bir ssenarinin "NATO və Rusiya arasında böyük müharibənin fəlakətli və xoşbəxtlikdən düşünülmüş perspektivini" nəzərə alsaq, bu təyyarələrin havada təkbətək üz-üzə gəlməsi ehtimalı çox azdır.
Su-57 Rusiyanın beşinci nəsil döyüş təyyarəsi hesab olunur. İlk uçuşu 2010 -cu ildə gerçəkləşdirilib. "Ordu-2019" forumunda Rusiya Hərbi Hava Qüvvələri üçün76 ədəd Su-57 qırıcısının tədarükü üçün müqavilə imzalanıb. Müdafiə Nazirliyi Su-57-nin Suriyada uğurla sınaqdan keçdiyini dəfələrlə bildirib.
F-35 - beşinci nəsil qırıcı-bombardmançı. Lockheed Martin F-35 Lightning II-nin yaradılması proqramı isə təxminən 1,5 trilyon dollara başa gəlib.
© NBC