22:31
20 01 2021

Bayden: “Dostlar, bu saatdan etibarən demokratiya qələbə çaldı”

Rəsmi olaraq vəzifə səlahiyyətlərinin icrasına başlıyan ABŞ-ın 46-cı Prezidenti Co Bayden amerikalılara müraciət edərək onları birliyə çağırıb.
“Bu gün Amerikanın, demokratiyanın günüdür. Tarixi, yenilənməyə ümid etdiyimiz gündür. Bu gün namizədin qələbəsini yox, hədəflərimizin zəfərini qeyd edirik. Məqsəd - demokratiyadır. Xalqın iradəsi dinlənildi. Yenidən demokratiyanın qiymətli, kövrək olduğunu anladıq. Dostlar, bu saatdan etibarən demokratiya qələbə çaldı”, - deyə ABŞ-ın yeni seçilmiş prezidenti qeyd edib.

© RİA Novosti

NEWS FEED