215
14:46
20 01 2021
Avstriyada zəlzələ olub
Avstriyanın cənub-şərqində Ştiriya federal torpağında yanvarın 20-də 4,5 bal gücündə zəlzələ olub.
Bu barədə Avstriyanın Meteorologiya və Geodinamik Mərkəzi İnstitutu bildirib.
Məlumata görə, zəlzələ yanvarın 20-də yerli vaxtla saat 08:30 (Bakı vaxtı ilə saat 11:30-da) Ştiriyanın Admont rayonundan 6 km qərbdə baş verib. Yeraltı təkanların episentrində bəzi binalar zədələnib.
Bildirilib ki, zəlzələ Avstriyanın böyük hissəsində də hiss edilib.
© RİA Novosti