01:00
14 12 2020

Şəhidlərimizin xatirəsinə yoxsul müsəlmanlar üçün su quyusu qazıldı

Türkiyənin köklü humanitar təşkilatlarından biri olan "Uluslararası yardımlaşma və iş birliyi dərnəyi" Qarabağımızın işğaldan azad olması şərəfinə və bu azadlığın təmin olunmasında canından keçən 2783 şəhidimizin xatirəsinə Afrikanın yoxsul və susuzluqdan əziyyət çəkən bölgələrindən birində su quyusu qazdırıb. 

"Özgür Karabağ" adlandırılan quyudan su içəcək hər kəsin duası şəhidlərimizin ruhu üçün olacaq.

Bu haqda AZXEBER.COM-a təşkilatın idarə heyətinin üzvü və Azərbaycan təmsilçisi telejurnalist Turan İbrahimov verib. 

O pandemiya səbəbindən açılışda şəxsən iştirak edə bilmədiklərini, ancaq quyunun vaxtında qazılıb ərsə gəlməsinə nail olduqları üçün sevincli olduğunu qeyd edib.


NEWS FEED