270
21:42
19 01 2021
Niderlandda küçəyə çıxmaq qadağan edilir
Niderland hökuməti sabahdan etibarən koronavirusa qarşı qabaqlayıcı və sərt tədbirlər planını elan etməyə hazırlaşır.
Bu tədbirlərdən biri Niderlandda doqquz fevral tarixinədək komendant saatının tətbiqi olacaq.
Bu barədə Niderlandın Səhiyyə naziri Huqo de Yunqe də açıqlama verib.
“Ən qısa müddətdə xüsusi qabaqlayıcı tədbirlər həyata keçirməliyik”, - deyə Niderland Krallığının Səhiyyə naziri vurğulayıb.
O, həmçinin əlavə edib ki, sabahdan elan olunacaq komendant saatı müddətində üzrlü səbəb olmadan küçəyə çıxan niderlandlıları 95 avro (195 manat) cərimə gözləyir.
Qeyd edək ki, son məlumata əsasən Niderlandda 13 162 şəxs koronavirusun qurbanı olub.
© HaberGlobal