235
21:19
19 01 2021
İran ABŞ-ın 10 ən yüksək vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib
İran hakimiyyəti ABŞ administrasiyasının bir neçə yüksək vəzifəli nümayəndəsinin adını sanksiyalar siyahısına salıb.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə məlumat yayıb.
Qeyd olunur ki, sanksiyalar siyahısına daxil edilən şəxlər arasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın, dövlət katibi Mayk Pompeonun, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelin, prezidentin Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Boltonun və Birləşmiş Ştatların daha altı yüksək çinli məmurunun adı var.
© TASS