185
05:08
17 01 2021
İndoneziyada torpaq sürüşmələri onlarla insanın həyatına son qoydu
İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşmələri nəticəsində azı 25 nəfər həlak olub.
Banduq şəhərinin axtarış-xilasetmə xidmətinin başçısı Deden Ridvansyah bildirib ki, torpaq sürüşmələri Ciancuanq kəndində olub.
Təbii fəlakətə leysan yağışlar səbəb olub. Hazırda 15 nəfər itkin düşmüş hesab edilir.
Axtarış-xilasetmə işləri yanvarın 18-dək davam edəcək.
Daha əvvəl hakimiyyət orqanları torpaq sürüşmələri nəticəsində 13 nəfərin həlak olması haqqında bildirib.
İndoneziyanın bol yağıntılı tropik iqlimi tez-tez daşqınlara və torpaq sürüşmələrinə səbəb olur.
© Anadolu