275
19:41
13 12 2020
Hindistan Ordusuna əmr verildi
Hindistan Ordusuna 15 günlük "gərgin müharibə vəziyyəti" üçün hazır olmaq əmri verilib.
Yayin.az xəbər verir ki, bu barədə Hindistanın ANI xəbər agentliyi məlumat yayıb.
Ordu 15 günlük döyüşlər üçün silah-sursat ehtiyatı toplamaqla bağlı təlimatlandırılıb.
Qərarın Kəşmirdə Pakistan, Ladakh bölgəsində isə Çinlə sərhəd gərginliyi yaşandığı dövrə təsadüf edilməsi xüsusilə diqqəti cəlb edib.
Qeyd edək ki, iyunun 15-də Ladakh bölgəsində 20 hind əsgərinin ölümüylə nəticələnən toqquşmadan sonra ordu, dəniz və hava qüvvələrinin büdcəsi artırılıb.