02:49
16 01 2021

Malidə BMT sülhməramlılarına növbəti hücum olub

BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasına (MİNUSMA) məxsus avtomobilə hücum edilib.
Bu barədə BMT missiyasının məlumatında bildirilib.
Hadisə Malinin şimal-şəqində, Tesalı şəhərinin ətrafında baş verib. Belə ki, missiyanın yanacaq daşıyan avtomobilinə edilən bomba hücumu nəticəsinə iki sülhməramlı yaralanıb.
Onllardan birinin həyatını xilas etmək mümkün olmayıb. Daha sonra, partlayış yerindən yaxın yerdə başqa partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

NEWS FEED