20:55
15 01 2021

Yerə yıxıldı, ağzından qan gəldi - Yardım edənlər peşman oldular

Türkiyənin İstanbul şəhərindəki mərkəzi meydanların birində özünü simit satan kimi göstərən gənc özünü ağır xəstə kimi apararaq insanlardan pul dilənməyə çalışıb.
Yayin.Az xəbər verir ki, Taksim Meydanında simit qabını əlinə alaraq simit satan kimi özünü aparan gənc birdən özünü yerə ataraq, huşunun itdiyinə insanları inandırmağa çalışıb.
Məharətlə rol oynayan gənc hətta daha əvvəl sürtdüyü maddə ağzından qan gəldiyi təəssüratını yaradaraq vətəndaşları bu şəkildə xəstə olduğuna inandırmağa çalışıb.
Yerə yıxılan, ağzından qan gəldiyini görənlər gəncə yardım ediblər. Ərazidə olan polislərin oğlanın bu hərəkətləri diqqətini çəkib. Hərəkətlərindən şübhələnən polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparıblar.

NEWS FEED