21:08
15 01 2021

"General Motors"dan uçan maşın

"General Motors" CES 2021 sərgisinin gedişində uçan tək oturacaqlı Cadillac VTOL avtomobilini elan edib.
Baş dizayner Maykl Simko VTOL-da 90 kWh batareyasından istifadə etdiyini açıqlayıb.  Nəqliyyat  vasitəsi 90 km / saata qədər sürətlə gedə bilər.
“Elektrik və avtonom texnologiya inkişafının fərdi hava səyahətini mümkün etdiyi bir dünyaya hazırlaşırıq”, - Maykl Sayko deyib.
Konsepsiya haqqında hələ bir məlumat yoxdur. Kabindən baxımlı bir mənzərənin açılacağı və içindəki hər şeyin maksimum sərnişin rahatlığı üçün təşkil ediləcəyi məlumdur.

NEWS FEED