23:43
13 01 2021

Respublikaçılar Kapitoliyə hücumun məsuliyyətini Trampın üzərinə qoydular

ABŞ prezidenti Donald Tramp etirazçıların Kapitoliyə hücumuna görə məsuliyyət daşıyır.
Bunu Nümayəndələr Palatasında respublikaçı azlığın lideri Kevin Makkarti bildirib.
"Prezident çərşənbə günü etirazçıların Konqresə hücumuna görə məsuliyyət daşıyır. O, nələrin baş verdiyini gördükdə dərhal kütləni ittiham etməli idi. Bu faktlar prezident Donald Trampdan məsuliyyət hissəsini dərk edərək dərhal hərəkətə keçməsini tələb edir", - impiçmentlə əlaqəli müzakirələrin gedişatında Makkarti deyib.
Gözlənildiyi kimi, demokratların nəzarəti altında olan Nümayəndələr Palatası çərşənbə günü Donald Trampın impiçmentinə səs verəcək. Bu, Trampı ABŞ tarixində aşağı palatada impiçmenti iki dəfə müzakirəyə çıxarılmış ilk prezident edəcək.
© RİA Novosti

NEWS FEED