00:30
11 01 2021

Nigeriyada ağır yol qəzasında onlarla insan həlak olub

Nigeriyanın şimal-şərqindəki Bauçi ştatında baş vermiş ağır yol qəzasında azı 20 nəfər həlak olub. Bu barədə yerli “Yayin.Az”, “Punch” qəzetinəistinadən xəbər verir ki, hadisə Tirvun rayonunda qeydə alınıb. Sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəzadan sonra yanğın baş verib.
“İyirmi iki nəfər sərnişindən iyirmisi tanınmayacaq qədər yanıb. İki qadın sağ qalıb. Hadisə zamanı avtobusda 18, minik avtomobilində 4 nəfər olub”, - yerli polisin nümayəndəsi Ahmed Vakil bildirib.
Avtobus Borno ştatının ən böyük şəhəri Mayduquri istiqamətində hərəkət edirmiş. Minik avtomobili isə Bauçiyə gedirmiş.

NEWS FEED