206
10:50
09 01 2021
Hindistanda xəstəxanada yanğın: Azı 10 uşaq faciəvi şəkildə həlak oldu
Hindistanın Maharaştra əyalətində gecə saatlarında xəstəxanada baş verən yanğın nəticəsində 10 yeni doğulmuş körpə ölüb.
Bu barədə NDTV xəbər yayıb.
Bildirilir ki, faciə Bhandar rayon xəstəxanasının yeni doğulmuş uşaqlara qulluq şöbəsində gecə saat ikidə baş verib.
İlkin ehtimallara görə hadisəyə səbəb qısa qapanma olub.
Məlumata görə, daha yeddi uşaq yanğından xilas edilib.
Palatada 1-3 aylıq körpələr olub.
Zərərçəkən körpələr, həmçinin reanimasiyada, dializ şöbəsində və doğum şöbəsində olan xəstələr digər şöbələrə köçürülüb.
Hadisə ilə bağlı istintaqa başlanılıb.