Almaniyada qocalar evinin 8 əməkdaşına səhvən beş qat artıq dozada vaksin vurulub
Almaniyanın şimalında bir qocalar evinin səkkiz əməkdaşı səhvən “Pfizer” və “BioNTech” şirkətlərinin birgə istehsalı olan peyvəndin beş qat dozasını qəbul ediblər. "Yayin.Az" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pomeraniya bölgəsinin administrasiya rəhbəri Rügen Ştefan Kert bildirib. Hadisə Ştralzund şəhərindəki bir tibb müəssisəsində baş verib. Səhv aşkar olunduqdan sonra yeddi qadın və bir kişi işçi evə göndərilib. Onlardan dördü sonradan qrip əlamətləri ilə tədbirlər görülməsi üçün xəstəxanaya yerləşdirilib.