291
03:15
29 12 2020
Suriyada ABŞ hərbi patrul xidmətinin əməkdaşlarına hücum olub
Suriyalılar ABŞ hərbi patrul xidmətinin əməkdaşlarını daş-qalaq ediblər.
Bu barədə Suriyanın Al-Ikhbariya telekanalı məlumat yayıb.
İnsident Suriyanın şimal-şərqində yerləşən Əl-Həsəkə şəhərində qeydə alınıb.
Xatırladaq ki, ABŞ qoşunları 2017-ci ildən etibarən Suriyanın bəzi ərazilərində patrul xidməti həyata keçirir.