412
02:15
29 12 2020
İndoneziya sərhədlərini xarici ölkə vətəndaşları üçün bağladı
İndoneziya hökuməti koronavirusun yeni mutasiya etmiş növünün yayılmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə əcnəbi vətəndaşların ölkəyə girişinə qadağa qoyur.
Bu barədə “CNN Indonesia” məlumat yayıb.
İndoneziyanın xarici işlər naziri Retno Mərsudi bildirib ki, yanvarın 1-dən 14-dək İndoneziyaya planlaşdırılan bütün beynəlxalq uçuşların dayandırılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiya etmiş növü aşkar edilib.
Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında rəsmi məlumat verib.