03:08
26 12 2020

Portuqaliyada maral qətliamı! iki günə 540 maral öldürüldü

İspan ovçuları Portuqaliyadakı bir ov mərkəzində iki gündə 540 vəhşi maralı öldürdülər. Portuqaliya rəsmiləri, bölgədəki maral populyasiyasının böyük ölçüdə yoxa çıxdığını bildirərək hadisəni qəti şəkildə qınadılar.

Portuqaliyanın paytaxtı Lizbon’dan ytəxminən kilometr məsafədə olan Torrebala ov bölgəsində 17 ve 18 Dekabr tarixində, 16 İspanyol ovçu iki gün boyunca 500-dən çox maral və çöl donuzunu öldürdü.

Portuqaliya rəsmilər isə qətliama olan reaksiyalarını sərt bir şəkildə dilə gətirdilər. Ekologiya Naziri João Fernandes, İspan ovçuları tərəfindən heyvanların öldürülməsinin "çirkin" olduğunu və araşdırılması lazım olan bir "ekoloji cinayət" olduğunu söylədi.

Ekologiya Nazirliyinin verdiyi açıqlamada isə, "Heyvanların ayrı-seçkiliksiz öldürülməsi ilə bağlı xəbərlərlə bağlı bir açıqlama aparmalıyıq. Bunun ovla heç bir əlaqəsi yoxdur, bioloji müxtəlifliyin və ekosistemlərin məhv edilməsinə yönəlmiş bir qırğındır." söyləndi.


"Yayin.Az"ın verdiyi xəbərə görə, hadisəni əks etdirən görüntülər sosial medialarda paylaşılıb. Bir çox insan hadisəyə reaksiya göstərərkən, İspaniyalılar ovçuların cəzalandırılmasını tələb etdilər.Bir çox insan hadisəyə reaksiya göstərərək, İspaniyalı ovçuların cəzalandırılmasını tələb etdilər.


Digər tərəfdən, Torrebala ovçuluq bölgəsində turistlərin ara sıra heyvan ovlamasına icazə verilir, lakin son hadisə ilə bölgədəki vəhşi maral populyasiyası yox oldu. Səlahiyyətlilər, heyvanların 12700 hektar ərazini divarlarla əhatə etdiyi üçün qaça bilmədiklərini söylədi.

NEWS FEED