205
19:35
25 12 2020
"10 milyon insan işsiz qalacaq"
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO koronovirus pandemiyasının sərt təsir etdiyi sənət dünyasının çətin vəziyyətdə olduğunu bildirib. Yayin.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə UNESCO-nun baş direktoru Odri Azulay məsələ ilə bağlı bəyanat verərkən danışıb.
O, kino sektorunda 10 milyon insanın işsiz qalacağını, musiqi sahəsinə isə 10 milyard dollar ziyan dəyəcəyi haqda proqnoz verib.
Odri aylardır bağlı qalan muzey və incəsənət qalereyalarında işləyənlərin də bu təhlükə ilə üz-üzə olduğunu, çalışanların sayının yarı-yarıya azala biləcəyini qeyd edib. Baş direktor altı ay ərzində konsertlərin təşkil olunmamasının isə musiqi sektoruna 10 milyard dollar zərbə vuracağını bildirib.