14:15
24 12 2020

Məşhur rok musiqiçisi dünyasın dəyişib

ABŞ-ın məşhur “Mountain” qrupunun yaradıcılarından biri olan rok musiqiçisi Lesli Uest vəfat edib.

“Rolling Stone” bu barədə onun qardaşı Larry Uest Vaynşteynə istinadən xəbər yayır.
75 yaşlı musiqiçi 21 dekabrda yatırıldığı xəstəxanada ürək tutmasından vəfat edib.
1969-cu ildə qurulan “Mountain” rok qrupu “Mississippi Queen” (Mississippi Kraliçası) mahnısı ilə məşhur olub.

NEWS FEED