"Bayraktar"ın rekordunu qıran "AKSUNQUR"
Sunqur ailəsinin hazırladığı iki PUA-dan biri olan Aksunqur Türkiyə Aerokosmik sənayesi tərəfindən 18 ayda tamamlanıb.
PUA öz adını saatda 180 km sürətlə uçan quşdan götürüb.
750 kq-a qədər yüksək yük götürmə qabiliyyəti olan Aksungur, ən çətin döyüş şəraiti üçün hazırlanıb.
40 min fut yüksəkliyə qalxa və 40 saata qədər havada qala bilən Aksungur, eyni zamanda ən çətin əməliyyatların tamamlanmasına imkan verən bir mühərrik quruluşuna sahibdir.
Tamamilə sərbəst işləyə bilən PUA, ikiqat avtomatik uçuş idarəetmə sistemi, avtomatik qalxma və enmə sistemi, elektrik enerjisi istehsal sistemi və şifrəli rəqəmsal məlumat bağlantısı ilə təchiz olunub.
Qanadlarının uzunluğu 24 metr, uzunluğu 12 metr olan Aksungurun öz, uzunluğu 3 metrdən çoxdur.3 SİLAH DEPOSU VAR:
Gecə-gündüz bütün hava şəraitində kəşfiyyat, müşahidə, hücum tapşırıqlarını yerinə yetirə bilən Aksungur, normal olaraq döyüş təyyarələrinin istifadə etdiyi ağır sursatla da fəaliyyət göstərə bilər.
Hər qanadında 500, 300 və 150 kq tutumlu 3 silah stansiyası olan Aksungur, LUMTAS, MAM-L, Cirit, MAM-C kimi bombalar daşıyır.
2019-cu ildə ilk sınağını müvəffəqiyyətlə həyata keçirən Aksungur, son testlərində iki rekord qırdı. Techland.az xəbər verir ki, Aksungur, 49 saatdan çox yani iki gündən çox havada qalmasıyla Bayraktar TB-2-nin 27 saat 3 dəqiqəlik fasiləsiz havada qalma rekordunu təzələyib. Bundan başqa Aksunqur 12 MAM-L ilə 20 min fut yüksəklikdə 28 saat uçaraq yeni rekorda imza atıb.