“Peugeot” ilə “Fiat Chrysler”in birləşməsi təsdiqləndi
Fransanın “Peugeot SA” şirkətilə “Fiat Chrysler Automobiles NV” İtaliya-ABŞ konserninin birləşməsinə dair 38 milyard ABŞ dollarına yaxın məbləğdəki müqavilə Avropa Komissiyası tərəfindən müəyyən şərtlərlə təsdiqlənib.
“Yayin.Az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında bildirilir.
Həmçinin yeni yaradılan işgüzar vahidin əlində ayrı-ayrı bazar sektorlarının ifrat dərəcədə cəmləşməsi ehtimalına dair Avropa Komissiyasının iradlarına qarşı hər iki tərəf bəzi öhdəliklər götürüb. Bunlar arasında “Peugeot SA” ilə “Toyota Motor” arasında Avropa bazarında fəaliyyətə dair müqavilənin şərtlərini yumşaltmaq, “Peugeot SA” və “Fiat Chrysler” məhsulu olan avtomobillərinin müstəqil bazar iştirakçıları tərəfindən təmir və servisi üçün lisenziya verilməsi də var.
Qeyd edək ki, sözügedən sövdələşmə üzərində Avropa Komisiyası bu ilin 8 may tarixindən çalışırdı.