14:33
03 01 2024

Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar

Qırmızı dənizin cənubunda üzən gəmilər husilər tərəfindən ballistik raketlərlə hücuma məruz qaldıqlarını bildiriblər. 

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat paylaşıb.

“İranın dəstəklədiyi husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə iki ballistik raket atıblar. Bölgədəki bir neçə ticarət gəmisi ballistik raketlərin yaxınlığa düşdüyünü bildirsə də, hər hansı ziyan barədə məlumat verməyib”, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu, husilərin noyabrın 19-dan bəri Qırmızı dənizin cənubunda ticarət gəmilərinə qarışı 24-cü hücumudur.

NEWS FEED