Harvard Universitetinin rəhbəri istefa verməyə məcbur oldu
Harvard Universitetinin prezidenti, universitetin ilk afroamerikalı nümayəndəsi və bu vəzifəni tutan ikinci qadını Klodin Qey istefa verdiyini açıqlayıb. O bu qərarın inanılmaz dərəcədə çətin olduğunu bildirib. “Şura üzvləri ilə məsləhətləşmələrdən sonra məlum oldu ki, mənim istefa verməyim universitetin xeyrinədir”, - deyə o vurğulayıb. Onu müvəqqəti olaraq, prorektor Alan Qarber əvəzləyəcək. 05:54 Koldin Qey ABŞ Konqresində təhsil müəssisəsində antisemitizm təzahürlərinə dair dinləmələrdə uğursuz çıxışından bir ay keçməmiş Harvard Universitetinin rektoru vəzifəsini tərk etmək niyyətindədir. Məlumata görə, o, bu günlərdə istefa verəcək. Universitetin rəhbər orqanlarından biri olan Harvard Korporasiyasının üzvləri universitet tərəfdaşlarını elektron poçtla xəbərdar edəcəklər. Qeyin daha sonra ayrıca açıqlama verəcəyi də gözlənilir. Müvəqqəti rektor kimin təyin ediləcəyi isə məlum deyil. Qeyd olunur ki, Qeyin rektor kimi fəaliyyəti Harvard Universitetinin tarixində ən qısamüddətli olacaq. Belə ki, o, bu vəzifədə cəmi altı ay keçirib. © TASS