123
17:08
10 11 2023
Mixail Qaluzin: “Dialoq üçün Moskva platformasını təqdim etməyə hazır olduğumuzu təsdiqləmişik”
“Moskva Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün tarixləri razılaşdıqdan sonra dərhal bunu elan edəcək”. Bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. “Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platformasını təqdim etməyə hazır olduğumuzu təsdiqləmişik. Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, - deyə M.Qaluzin əlavə edib. © TASS