17:00
04 11 2023

“Kiaran”dan sonra Fransanı “Dominqos” qasırğası gözləyir

Şənbə günü Atlantik okeanından Fransanın qərbinə güclü külək, leysan və yüksək dalğaların vuracağı, “Kiaran” qasırğasının “Dominqos” qasırğası ilə əvəzlənəcəyi gözlənilir.

Milli meteorologiya xidməti “Dominqos”un yaxınlaşması səbəbindən ölkənin on departamenti üçün axşam saatlarından başlayaraq “narıncı” təhlükə səviyyəsini elan edəcək.

Fransa, İspaniya və Portuqaliyanın şimalını şənbə günü günortadan etibarən çox güclü külək və leysan gözlənilir.

Meteoroloqlar Şimali Amerikadan aşağı təzyiq zonasının şənbə günü Fransanın qərbini “Kiaran”dan daha az intensivliklə vuracağını, lakin şiddətli, güclü yağışa səbəb olacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, noyabrın 2-dən Şimal-Qərbi Avropada tüğyan edən “Kiaran” qasırğası nəticəsində artıq 10 nəfər ölüb.


© fontanka.ru

NEWS FEED