115
09:55
16 10 2023
Qəzzanın cənubunda beş saatlıq atəşkəs elan edilib
Qəzza zolağının cənub bölgələrində beş saat davam edəcək atəşkəs rejimi tətbiq edilib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Məlumata görə, bu addım əcnəbi vətəndaşların anklavı tərk edə bilməsini təmin etmək, eləcə də Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır. Atəşkəs yerli vaxtla saat 09:00-da qüvvəyə minəcək (Bakı vaxtı ilə 10:00). Qəzza ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsində ən azı 100 yardım maşını toplanıb və humanitar dəhlizin açılmasını gözləyir. © TASS