17:26
04 09 2023

İstanbulda yenidən meşə yanğını başladı

İstanbulun (Türkiyə) Muğla rayonunun Zümrütevlər məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə ilə bağlı əraziyə yanğınsöndürən və polis əməkdaşları cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Xatırladaq ki, avqustun sonunda da Muğlada meşə yanğını baş vermişdi.


© TRT Haber

 

NEWS FEED