18:48
30 08 2023

Ukrayna Putinlə barışıq bağlamağı təklif edən Macarıstana sərt cavab verdi

Macarıstan Baş naziri Viktor Orban Krımın Ukraynaya qaytarılmaması və Ukraynanın NATO-ya üzvlüyü olmadan Putinlə barışıq bağlamağı təklif edib.  

“Ukrayna rusiyalıların say üstünlüyünə görə onsuz da müharibəni uduzacaq”, - deyə Orban bildirib.

O, həmçinin Krımın qaytarılması cəhdlərini “qeyri-real” adlandırıb.

Ukrayna Xarici İşlər Nazirliyi Viktor Orbanın bu təklifinə dərhal reaksiya verib.

Krımın Rusiyada qalması və Ukrayna üçün neytral statusun təmin edilməsinə çağıran Macarıstan baş nazirinə cavabında Ukrayna bunun qəti şəkildə mümkünsüz olduğunu qeyd edib.

“Macarıstanda vəziyyətin necə olduğunu bilmirik, lakin Ukrayna nə öz ərazilərinin, nə də suverenliyinin ticarətini aparmır. Dünya da bu ticarəti apara bilməyəcək”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko vurğulayıb.


 © “Klymenko time” “Telegram”

NEWS FEED