14:16
18 10 2022

Britaniya kəşfiyyatı: “Rusiya Ukraynanın enerji sisteminə raket zərbələrini artırıb”

“Rusiyanın Ukrayna ərazisinə kütləvi raket zərbələrində əsas məqsəd enerji paylayıcı şəbəkəyə genişmiqyaslı ziyan vurmaqdır”.

Bu barədə Britaniya kəşfiyyatının gündəlik xülasəsində bildirilib.

Hesabatda qeyd edilib ki, oktyabrın 10-dan bəri Rusiya Ukraynadakı hədəflərə qarşı uzunmənzilli zərbələrin sürətini artırıb.

Zərbələr qanadlı raketlər, “yer-yer” tipli zenit-raket kompleksləri və İran tərəfindən təchiz edilmiş “Shahed-136” pilotsuz uçuş aparatları ilə endirilib.

“Avqust ayından bəri döyüş meydanında uğursuzluğa düçar olan Rusiya Ukrayna hərbi obyektləri ilə yanaşı mülki infrastruktura da zərbələr endirilməsində aktivlik nümayiş etdirir”, - deyə məlumatda vurğulanır.


© Yevropeyskaya pravda

NEWS FEED