Məşhur qrup son beş ildə ilk dünya turuna çıxacaq
Oktyabrın 4-də “Depeche Mode” qrupu “Memento Mori” adlı konsert turunun təqvimini açıqlayıb. Müvafiq paylaşım qrupun “Instagram” səhifəsində dərc olunub. Konsert turu kollektivin son beş ildəki ilk canlı çıxışı olacaq. Tur 2023-cü il martın 23-də ABŞ-ın Sakramento şəhərində başlayacaq. Mayın ortalarından etibarən musiqiçilər Avropaya gələcək və qitənin böyük şəhərlərində konsert verəcəklər. Sənətçilərin çıxış edəcəyi Avropa şəhərləri arasında Stokholm, Berlin, Budapeşt, Praqa, Varşava, Tallinn, Helsinki və Oslo da var. Qeyd edək ki, Rusiya şəhərləri son 25 ildə ilk dəfə olaraq “Depeche Mode”un konsert proqramına daxil edilməyib. Xatıraldaq ki, qrupun son turnesi 2017-2018-ci illərdə baş tutub. Avropa və Şimali Amerikada 130 konsert verən kollektiv 3 milyondan çox izləyicini ətrafına toplaya bilib.