105
08:20
05 10 2022
Dünyanın ən varlı adamı “Twitter”i almaq üçün yeni təklif göndərib
Amerikalı sahibkar İlon Mask “Twitter”in hər bir səhmi üçün 54,20 dollar olmaqla, şirkəti satın almaq məqsədilə yeni təkliflə çıxış edib. Məlumata görə, təklif şirkətə məktub şəklində göndərilib. Digər təfərrüatlar açıqlanmayb. Nyu-York Fond Birjasının məlumatlarına görə, “Twitter”in səhmləri çərşənbə axşamı Maskın təklifi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra 5,39 dollar (12,67%) bahalaşıb. Axşam saatlarında bir səhmin qiyməti 47,93 dollar təşkil edib. Qeyd edək ki, aprel ayında “Twitter” rəhbərləri Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini bildirmişdilər. © TASS