91
14:47
04 10 2022
Qazaxıstanda 70 minə yaxın Rusiya vətəndaşı qeydiyyatdan keçib
Sentyabrın 21-dən Qazaxıstanda 70 minə yaxın Rusiya vətəndaşı fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Bu barədə ölkənin rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musin deyib. Qazaxıstanda bank hesablarının və ödəniş kartlarının açılması üçün identifikasiya nömrəsinin əldə edilməsi əsas şərtdir. Nazir bildirib ki, bu, həm də onların qayda pozuntularını, qalma müddətlərini, qeydiyyatını qeyd etmək üçün vacibdir. © Mk.ru