2022-ci il Fizika üzrə Nobel Mükafatı laureatları açıqlandı
İsveç Kral Elmlər Akademiyasının Fizika üzrə Nobel Komitəsi 2022-ci ildə bu sahədə “Nobel” mükafatını kimin qazandığını açıqlayıb. Bunlar fransız fiziki Alen Aspe, kvant mexanikası mütəxəssisi amerikalı Con Klauzer və avstriyalı Anton Zeylingerdir. Bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib. Onlar mükafatlarını “Bellin bərabərsizliklərinin pozulması prinsipini müəyyən edən dolaşıq fotonlarla təcrübələrə və kvant informasiya elmi sahəsində kəşflərə görə” alıblar. Xatırladaq ki, dünən Nobel mükafatının təqdimat mərasimi başlayıb. İlk qalib “Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo olub.
©Oxu.Az
BREAKING NEWS:
— The Nobel Prize (@NobelPrize) October 4, 2022
The Royal Swedish Academy of Sciences has decided to award the 2022 #NobelPrize in Physics to Alain Aspect, John F. Clauser and Anton Zeilinger. pic.twitter.com/RI4CJv6JhZ